Bu proqram məhsulu vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək mümkündür. Həmçinin burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilmişdir.
Bu tətbiq üzərindən şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.
Tətbiqdən istifadə etməklə nəqliyyat vasitəsindən istifadə və sərəncam verilməsinə dair, vəkillərə verilən, banklarda, eləcə də müxtəlif qurumlarda təmsilçilik, vərəsəlik işlərinə dair və sosial etibarnamələrin, bundan başqa yetkinlik yaşına çatmamış şəxslərin ölkəni tərk etməsi və ümumvətəndaşlıq pasportu alması üçün razılıq, daşınmaz əmlaka sərəncam verilməsinə, etibarnamələrə xitam verilməsinə, əvvəl verilmiş ərizədən imtina ərizəsi, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsinin və Təhsil tələbə kreditinin alınması ilə bağlı ərizələrin elektron formatda rəsmiləşdirilməsi mümkündür.
Tətbiq vasitəsi ilə notariat sənədlərinin həqiqiliyi və vərəsəlik işlərinin açılıb-açılmaması yoxlanıla bilər.