“Kənddən Şəhərə” Elektron Satış Platforması
“Kənddən Şəhərə” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalları yaratmaq məqsədi ilə həyata keçirilən layihədir. Layihə çərçivəsində fəaliyyət göstərən “Kənddən Şəhərə” satış mərkəzlərində fermerlər və kiçik ailə təsərrüfatları tərəfindən yetişdirilən və istehsal olunan təbii və sağlam kənd təsərrüfatı məhsulları, eləcə də yerli istehsal olan qida məhsulları paytaxt sakinlərinə təqdim olunur.
“Kənddən Şəhərə” Elektron Satış Platformasının məqsədi isə müştərilərə daha üstün xidmət göstərmək, vətəndaşların qida məhsullarına olan tələbatını daha sürətli və rahat şəkildə qarşılamalarını təmin etməkdir. Onlayn sifariş və çatdırılma xidməti sayəsində evinizi və ya ofisinizi tərk etmədən təbii və sağlam yerli qida məhsullarını əldə edə bilərsiniz.
“Aqrar Tədarük və Təchizat” ASC-nin fəaliyyəti dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq, bununla da ölkə iqtisadiyyatına töhfə vermək məqsədi daşıyır.