- Tətbiq üç dildə işləyir: Azərbaycan, İngilis, Rus
- Siyahıda olmayan kartın əlavə edilməsi
- Xüsusi təkliflər bölməsində görünüş dəyişikliyi
- iBeacon Blutuz təkliflərin tətbiqi
- Yerlər dizaynı dəyişidirib
- Tətbiq daha da stabil işləyir
- Kart loqoları
- Xüsusi təkliflərdə saytlara keçid
Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verdiyi üstünlüklər, qənaət etmə yolları və onların partnyorları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır.
Hal-hazırda tətbiqə SMS və Barkodlu sadiqlik kartlarını əlavə etmək mümkündür.
Kartı hesabınıza əlavə etmək üçün "+" düyməsindən istifadə edərək, kartın adını və nömrəsini daxil etdikdən sonra, Barkod-u skan edərək, hesabınıza əlavə edə bilərsiniz. Kartı hesaba əlavə etmək üçün İnternet açıq olmalıdır. Hesaba əlavə edilmiş kartın istifadəsi üçün internetə ehtiyyac yoxdur.
Qeyd: Bəzi müəssisələrdə Barkod reader köhnə tipli olduğundan, ekrandan barkodu oxumaya bilər. Bu zaman kartın nömrəsindən istifadə etmək mümkündür.
Üstəlik Xüsusi təkliflər bölməsinə daxil olaraq Partnyorlarımızın təqdim etdikləri aksiyalardan yararlana bilərsiniz.
Yerlər, bölməsindən siz hər hansı bir müəssisədə keçərli olan kartlar haqqında məlumat əldə edərək, onların verdikləri üstünlükləri müqayisə edə bilərsiniz. Yerlər bölməsinin işləməsi üçün internetə qoşulmaq lazımdır.
Diqqət: Banklar tərəfindən verilmiş Kredit, Debit və Taksit kart məlumatlarınızı əlavə etməyin!!!
Xərcim.az tətbiqi Bakcell AppLab, Azərbaycan Respublikası Yüksək Texnologiylar Parkının İnkubasiya mərkəzi, IKT Fondu və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişad Fondunun dəstəyi ilə (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/23/1-M-01) inkişaf etdirilmişdir.