- Bug fix, app improvements
TaxManat – elektron pul kisəsi sistemidir, yeni nəsil nəzarət-kassa çeklerin üçün nəzərdə tutulmuş program təminatıdır
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.
Alış-veriş - Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.
Çekin daxil edilməsi-Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin.
ƏDV-nin geri qaytarılması-Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.
TaxManat sistemində olan xidmətlərin siyahısı:
- Alış statistikası
- Əməliyyatların siyahısı
- Alış-veriş siyahısı
- ƏDV hesablanması
- Yeni nəsil nəzarət-kassa mağazaların siyahısı
- Aylıq büdcə
- Kalkulyator
- Bonus kartlar
- Ehtiyat nüsxə və sinxronizasiya
və s.
* Tətbiqetmənin Edvgerial.az portalındakı qeydiyyat, profil, hesabat prosesleri və digər xəbərdarliq mesajlari ilə əlaqəsi yoxdur.
* Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.