Zenbil

Zenbil

Zenbil

フード&ドリンク
  • 0.00
(0 投票)

無料インストール

10000

アプリのインストール

Android 5.0+

最小バージョン

広告付き

広告

15.03.2020

リリース日

最近の変更:

Renewed Zenbil with restaurant support is available now!

説明:

Zənbil - müştərilərinə marketdə olan bütün məhsulları evdən çıxmadan əldə etmək imkanı verən, sifarişləri qeyd edilən ünvana qədər çatdıran və marketdən çatdırılma xidməti göstərərək sizin üçün alış-veriş etməyi olduqca asanlaşdıran mobil tətbiqdir.

Bakı şəhərində yaşayan ve evinə lazımi ərzaqları almaq istəyənlər üçün ən ideal seçim olan Zənbil, sifarişinizin qısa zaman ərzində qeyd etdiyiniz ünvana çatdırılmasını həyata keçirir.

Zənbil ilə marketdən alış-veriş etmək üçün artıq evdən çıxmağınıza ehtiyac yoxdur. Çünki telefonunuzdan istifadə edərək müxtəlif kateqoriyada ərzaqların marketdə gördüyünüz bütün çeşidləri və mindən çox məhsulu mobil tətbiqimizdə tapa bilərsiniz.

Sizə daha yaxşı xidmət göstərmək üçün hər gün yeni məhsullar əlavə etməyə və xidmət göstərdiyimiz əraziləri genişləndirməyə davam edirik. Zənbil-də marketdən çatdırılma etmək istəyəcəyiniz hər şeyi – meyvə-tərəvəz, şirniyyatlar, baqqaliyyə, süd, ət və balıq məhsulları, un məmulatları, çay, kofe, fərqli çeşiddə çərəzlər, qazlı və ya qazsız içkilər, dondurulmuş qidalar, şəxsi baxım, gigiyena və təmizlik vasitələri, ev əşyaları, uşaq yeməkləri, ev heyvanlarınız üçün qidalar və digər növdə məhsulları sifariş edə bilərsiniz.

Zənbil bütün bu sadalananların hər birini sadəcə bir tətbiqdə toplayaraq alış-veriş etməyin daha innovativ üsulunu təqdim edir, beləliklə, sizə yalnız sifarişinizi formalaşdırmaq və marketdən çatdırılma ediləcək ünvanı seçmək qalır, biz isə sürətli çatdırılma ilə məhsulları istədiyiniz ünvana çatdırırıq.

Siz yaratdığımız mobil tətbiq sayəsində onlayn alış-verişin bir çox üstünlüklərindən faydalanmaq imkanına sahib olursunuz. Öncəliklə, sadəcə bir neçə kliklə və istənilən yerdən market alış-verişinizi edə bilirsiniz. Həmçinin, sizə rahat olan ödəniş üsulunu seçə bilərsiniz, yəni istəyinizdən asılı olaraq nağd və ya kartla ödəniş edə bilirsiniz. Bundan əlavə, tez-tez endirim kampaniyaları və yeniliklər təklif etdiyimiz üçün evinizdən çıxmadan alış-veriş edərək həm vaxtınıza, həm də büdcənizə qənaət etmiş olursunuz.

Beləliklə, Zənbil mobil tətbiqindən istifadə etdikdə siz bazarlıq edərkən əldə etmək istədiyiniz hər şeyi mobil tətbiqdəki səbətinizə əlavə edərək bir neçə kliklə market alış-verişinizi tamamlayırsınız və əməkdaşlarımız ərzaqları qapınızadək çatdırır.

Elə indi Zənbili yükləyin və marketdən alış-veriş etməyin ən sadə yolunu kəşf etməyə başlayın!

Zenbil 他のアプリ

Zenbil

Zenbil

Zenbil
  • 0.00
ダウンロード