Hal-hazırda şagirdlərimizin və müəllimlərimizin vaxtının böyük bir qismi test yoxlanmasına sərf olunur. Bu vaxt itkisini aradan qaldırmaq məqsədi ilə tərəfimizdən Çinar Atom tətbiqi yaradılmışdır. Bu tətbiq bir toxunuşla, vaxt itirmədən şagirdin cavablarını yoxlayır, sualların çətinlik dərəcəsi barədə məlumat verir və sualların video həllini izləyə bilir. Bu proqram həm də müəllimlərə sinfin zəif olduğu mövzunu, dərsin vəziyyətini, hər şagirdin, hər fənnin statistikasını öyrənməkdə yardımçı olur. Belə ki, bu tətbiq ilə şagirdin həll etdiyi testlər, zəif bildiyi mövzular barədə məlumat illərlə sistemdə qalır. Müəllimlərimiz Atomdan istifadə etmək üçün ilkin olaraq müəllim evindən qeydiyyatdan keçərək, şagirdlərini öz profilinə əlavə etməli, daha sonra Çinar ATOM dəstəkli cavab kağızlarını əldə etməlidirlər. Bu cavab kağızı kitabçaları 1 tədris ili boyu və 4 kitabda istifadə üçün nəzərdə tutulub.