Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.
Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir.